Minik maşınları toqquşdu, 3 nəfər yaralandı – SABİRABADDA
Sabirabadda baş verən qəzada 3 nəfər xəsarət alıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində baş verib.
Belə ki, “VAZ-21011”lə “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər Sabirabad rayon sakini - 1984-cü il təvəllüdlü Rauf İsgəndərov, paytaxt sakini, 1996-cı il təvəllüdlü Mərziyyə Məhərrəmova və Göyçay rayon sakini, 1983-cü il təvəllüdlü Azər Mehdiyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.