Minik maşınları toqquşdu, bir nəfər öldü, iki nəfər yaralandı - YEVLAXDA

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlaxın Hürüuşağı kəndi ərazisində baş verib.

“Mercedes” və “Hundai” markalı iki minik maşının toqquşması nəticəsində Yevlax rayon sakini, 25 yaşlı Fəxri Əlizadə dünyasını dəyişib, daha iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.  

Zərbənin gücündən avtomobillər də yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Ehtiram Muradov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv