Minik maşınları toqquşdu, iki nəfər öldü, dörd nəfər yaralandı – ŞƏMKİRDƏ AĞIR QƏZA
Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki "Mercedes" markalı minik maşınlarının toqquşması nəticəsində - 1987-ci il təvəllüdlü Əli Həsənov və 1985-ci il təvəllüdlü Elməddin Aslanov hadisə yerində ölüblər.
Hadisə zamanı xəsarət alan 4 nəfər - 1984-cü il təvəllüdlü Şahin Ağalarov, 1998-ci il təvəllüdlü Anar Əsgərov, 1998-ci il təvəllüdlü Elvin Həsənov və 1998-ci il təvəllüdlü Fərid Mərdanov Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ağır olduğundan, daha sonra Gəncə şəhərinə aparılıb.
İlkin ehtimallara görə, qəzaya avtomobillərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.