Minik maşınları toqquşdu - ÜÇ NƏFƏR ÖLDÜ, ÜÇ NƏFƏR YARALANDI
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qəbələ-Ağdaş yolunun Savalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəbələ rayonu Bum qəsəbə sakini Tərlan Eyyubovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Göyçay rayon sakini Nəsib Yusifova məxsus "VAZ-2107” toqquşub.
Hadisə zamanı sürücü Nəsib Yusifov, sərnişinlər, 1964-cü il təvəllüdlü Vilayət Yusifova və 2019-cu il təvəllüdlü Dəniz Məmmədova dünyasını dəyişib. 1985-ci il təvəllüdlü Mehriban Məmmədova, 1997-ci il təvəllüdlü Xəyalə Bəkirova və 2014-cü il təvəllüdlü İsmayıl Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Şahnəzər Bəşirov
APA TV