Minik maşınları toqquşdu: YARALILAR VAR

 

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosu xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107" ilə "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı iki nəfər ağır yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv