Minik və yük maşınları toqquşdu: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
Bakının Qaradağ rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Lökbatan qəsəbəsi, Meyvəli bazarının qarşısında qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobili idarə edən sürücü yüksək sürətlə “MAN” markalı yük maşınına çırpılıb.
Nəticədə sürücü və sərnişinlər avtomobildə sıxışıb qalıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sərnişinlər - 2001-ci il təvəllüdlü Məmmədzadə Razi Sakit oğlu və 1997-ci il təvəllüdlü Allahyarlı Kənan Şöhrət oğlu maşından çıxarılaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Digər 2 nəfərin isə meyiti çıxarılıb. Faktla bağlı araşdırma aparılır.