Mixail Saakaşvilinin son görüntüləri yayıldı

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb.

 

Onun fotolarını rusiyalı siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz feysbuk hesabında paylaşıb.

 

Fotolarda Saakaşvilinin köynəyinin üzərində “I'm Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib.

 

Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi keçirilib. Saakaşvili iclasa müalicə aldığı klinikadan onlayn qoşulub.

Müəllif | Apa.Tv
Apa.tv