MN: Ağcabədi, Ağdam və Bərdənin yaşayış məntəqələri artilleriya atəşinə tutulur, yaralanan var
Yaşayış məntəqələrimiz yenidən atəşə tutulur.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, hazırda düşmən tərəfindən Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulur, yaralanan var.