MN: Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır
Ermənistan tərəfinin Şuşa və Xankəndi şəhərlərinin Azərbaycan Ordusu tərəfindən guya raket atəşinə tutulması barədə yaydıqları məlumat yalandır.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusu mülki əhalini heç vaxt atəşə tutmur.
Azərbaycan humanitar atəşkəs rejiminə əməl edir.