MN: Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub

Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv