MN: Azərbaycanın hərbi aviasiyadan istifadə etməsi xəbəri yalandır

"Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti dezinformasiyadır". 

 

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.

 

"Bildiririk ki, Azərbaycan əldə edilmiş yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir", - deyə məlumatda qeyd olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv