MN: Bölmələrimizin təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər davam edir
Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun bölmələrinin təminatının və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür.
Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, eyni zamanda bu ərazilərdəki yaşayış məntəqələri və yüksək dağlıq ərazilərdəki yeni mövqelərdə qoşun xidməti və döyüş növbətçiliyi təşkil olunur.