MN: Cəbrayıl və Qubadlı istiqamətlərində düşmən bölmələri geri çəkilməyə məcbur edildi

Oktyabrın 20-si gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli - Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

 

Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib.

 

Səhər saatlından başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun ərazisini də artilleriya qurğularından atəşə tutur.

Müəllif | Apa.Tv
Apa.tv