MN: Düşmən ağır itkilərə məruz qalıb

Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.


Müdafiə Nazirliyindən (MN) APA TV-yə verilən məlumata görə, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.


Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Müəllif | Apa.Tv
Apa.tv