MN: Düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir

"Düşmənin 1-ci alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir".

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcuddur. Bəzi istiqamətlərdə müdafiə sahəsində düşmən bölmələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində bir birinə atəş açılıb, ölən və yaralananlar var.

 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə nazirliyinin növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə yaydığı məlumata da münasibət bildirib.

 

Nazirlik Ermənistan tərəfinin yaydığı məlumatların əsassız və yalan olduğunu, Cəbrayıl istiqamətində ordumuzun əks-hücum əməliyyatlarını uğurla davam etdirdiyini və düşmən üzərində üstünlüyə malik olduğunu qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv