MN: Düşmən Tərtər və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

Bu gün səhər saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görür.

 

Nazirlikdən verilən digər məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

 

Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.

 

Müəllif | Apa.Tv
Apa.tv