MN: Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur

Bu gün saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.

 

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.

 

Müəllif | Apa.Tv
Apa.tv