MN: Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib

 

Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib.

APA TV-nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Bundan başqa, ordumuzun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankı məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv