MN: Düşmənin alay komanda məntəqəsinə atəş zərbəsi endirilib

Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır.

 

Bu barədə APA TV-yə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Qeyd olunub ki, Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.

 

Bundan başqa, düşmənin alay komanda məntəqəsinə də atəş zərbəsi endirilib.

 

Nazirliyin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə endirilən zərbə nəticəsində qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.

Müəllif | Apa.Tv
Apa.tv