MN: Erməni əsgərlər arasında atışma olub

Erməni əsgərlər arasında atışma olub.

 

APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, gecə döyüşləri zamanı geri çəkilən Madagizdəki Ermənistan silahlı qüvvələrinin 6-ci dağatıcı alayının əsgərləri arasında atışma baş verib.

 

Şəxsi heyət arasında hökm sürən qorxu və vahimə hissi ruh düşkünlüyü yaradıb, ümumilikdə erməni hərbçilərinin demoralizə olmasına səbəb olub.

 

Müəllif | Apa.Tv
Apa.tv