MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Müdafiə Nazirliyinin digər bir məlumatında isə bildirilib ki, bu gün səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
"Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır".