MN: Ermənistan dövlət sərhədində də atəşkəsi pozub

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

 

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

 

Müəllif | Apa.Tv
Apa.tv