MN: Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə vurulub

Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə vurulub.

 

APA TV-nin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəf Azərbaycan HHM sistemləri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv