04:14 29 sentyabr 2022 304
Ana səhifə Xəbərlər

MN: Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları yalandır

"Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır". APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb",- deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın