MN: Hazırda düşmən kəndlərimizi atəşə tutur

Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur.

 

APA TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bundan başqa, Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin ərazisini də raket atəşinə tutur.

 

Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.

 

"Düşmənin növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv