MN: Hərbi həkim Teymur Cəfərov xəstəlikdən vəfat edib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan  koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

 

APA TV Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv