MN: Qoşunların təminatının yaxşılaşdırılması ilə bağlı işlər davam edir - ŞƏRHSİZ
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, azad edilmiş rayonlarda yerləşən qoşunlarımızın təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
Bölmələrimizin dislokasiya olunduğu rayonlara yeni yollar çəkilir, dağlıq ərazilərdəki mövqelərdə döyüş növbətçiliyi və qoşun xidməti təşkil olunur.