MN: Tovuz istiqamətində döyüş əməliyyatları davam edir, bir hərbçimiz şəhid olub
İyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu əsgər Nazim Əfqan oğlu İsmayılov şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!
Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədilə cavab tədbirləri görür.