MN: Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib

Noyabrın 2-də Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.

 

Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv