Molla rejimini təbliğ edən daha 3 nəfər tutuldu

Azərbaycanda molla rejiminə xidmət edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

"MOUZE" teleqram kanalı məlumat yayıb ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakının Qaradağ rayon sakini Vüqar Süleymanov, Natiq Əliyev və Kərbəlayi Sərvər saxlanılıblar.

Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.

Müəllif | Apa.Tv
Apa.tv