Monteneqro parlamentinin deputatı: "Azərbaycanda seçkilər çox yüksək səviyyədə keçirilib"

"Azərbaycanda seçkilər çox yüksək səviyyədə keçirilib".

 

APA TV-nin verdiyi məlumata görə, bunu bu gün Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında Monteneqro parlamentinin deputatı Predraq Sekuliç deyib.

 

O, bildirib ki, paytaxt və ətraf kəndlərdə 15-dən artıq məntəqədə müşahidə aparıb: "Müşahidələr zamanı hər hansı bir qanun pozuntusuna rast gəlmədim. Seçki prosesi tam demokratik qaydada həyata keçirildi. Kimlərin qalib gəldiyi, kimin parlamentə seçildiyi mənə məlum olmasa da,  bir onu deyə bilərəm ki,  dünənki seçkilərdə Azərbaycan xalqı və demokratiya qalib gəlib".

 

Deputat həmçinin bundan əvvəl də ölkəmizdə prezident seçkilərində müşahidəçi qismində iştirak etdiyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv