Moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır - DEPUTAT

“Bu gün mopedlərin yollarda təhlükəli hərəkəti digər hərəkət iştirakçılarına təhlükə yaradır. Buna nəzarət gücləndirilməlidir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Emin Hacıyev deyib. Deputat bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə moped sürücülərinin cərimələnməsi məsələsinə təkrar baxılmalıdır: “Skuterlərlə bağlı da məsələ nizama salınmalı və təhlükəsizlik təmin edilməlidir. Elektrik skuterlər və velosipedlər üçün ayrıca yol xəttinin salınması artıq zərurətə çevrilib”.

Müəllif | Apa.Tv
Apa.tv