Moskva Ermənistanın paytaxtı deyil, nə istəyirsiniz? - Rusiyada etiraz - VİDEO
Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov ermənilərlə bağlı sərt açıqlama verib.
Xatırladaq ki, bir neçə gün öncə Rusiyada faşistlərlə əlbir olan erməni Qaregin Njde haqqında filmin nümayişi dayandırıldı. Rusiya Erməniləri İttifaqı isə nümayişin Rusiya xüsusi xidmət orqanları tərəfindən dayandırılmasına kəskin etiraz etdi. Bu etiraz rusların acığına səbəb oldu və qarşılıqlı ittihamlar artdı.
Məsələyə münasibət bildirən deputat Kalaşnikov Moskvanın Rusiyanın paytaxtı olduğunu, ermənilərin isə Moskvada sadəcə “qonaq” olduğunu xatırladıb.
“Əlbəttə, cavab verməliyik... Bəli, bu, erməni mərkəzidir, amma bağışlayın, Moskva Rusiyanın paytaxtıdır, Ermənistanın deyil”- deyə, o qeyd edib.
Kalaşnikov eyni zamanda Njde haqqında da müsbət fikirdə olmadığını söyləyib:
Sitat:
“Bəli, Njdenin obrazı birmənalı deyil. O, Hitlerlə əlaqə yaradıb, bizə qarşı çıxdı. Bu cür faktlarla haqq qazandırmaq və ya daha çox tərənnüm etmək millətçiliyin ən pis formalarında canlanmasına gətirib çıxarır. Bunu etməyə başlayan Paşinyan yox, onun sələfi Serj Sarkisyan olub. Moskvada Njdeni fəal şəkildə sırımağa başlayan o idi. Təbii ki, özlərinə qəhrəman seçmək ermənilərin öz işidir. Amma bu halda sual yaranır. Əgər siz bu qədər qürurlu, müstəqil və suverensinizsə, onda Rusiyadan nə istəyirsiniz?” Sitatın sonu
Leonid Kalaşnikovun bu çıxışı Ermənistan mediasında da geniş müzakirəyə səbəb olub.