Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib
Moskvada 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib
Rusiya paytaxtında 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib. Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan tədbirdə Rusiya xarici işlər nazirinin müavinləri Mixail Qaluzin, Andrey Rudenko, Alkesandr Pankin, Rusiyada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, rusiyalı senator və deputatlar, Rusiyanın ekspert cəmiyyətinin tanınmış simaları, diaspor nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bildirib ki, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və siyasi xadim, bu il 100 illik yubileyini qeyd olunan Heydər Əliyevin adı ilə bağlıdır.
İki ölkə arasında münasibətlərin hazırki səviyyəsindən danışan diplomat qeyd edib ki, ali səviyyədə daimi siyasi dialoq sayəsində son onilliklər ərzində Azərbaycan-Rusiya əməkdaşlığı siyasi, iqtisadi və humanitar sahələrdə bir çox konkret qarşılıqlı faydalı layihələrlə nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib..
MDB-nin baş katibi Sergey Lebedev və Nasionalnaya Oborona jurnalının baş redaktoru İqor Korotçenko isə çıxışında Azərbaycanı Rusiyanın etibarlı tərəfdaşı, müttəfiqi kimi gördüklərini bildirib.
Sergey Lebdedev MDB-nin baş katibi
Bu gün biz azərbaycanlı həmkarlarımızla birlikdə Azərbaycanın Müstəqillik Gününü qeyd edirik. Belə diqqət və qonaqların çoxluğu Azərbaycanın MDB məkanında artan nüfuzun göstəricisidir.
Nasionalnaya Oborona jurnalının baş redaktoru İqor Korotçenko.
Biz Azərbaycanı Rusiyanın etibarlı tərəfdaşı, müttəfiqi kimi görürük. Bizim münasibətlərimiz Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya prezidenti tərəfindən qoyulmuş təməl üzərində qurulub. Bu gün isə bu kursu Azərbaycan Prezidenti İlham Əliyev davam etdirir. Bütün Azərbaycana firavanlıq, uğurlar, irəli getməyi, uzun illər erməni işğalının yaralarını sağaltmağı, Qarabağın dünya memarlığının incisi kimi dirçəlməsini arzulayıram.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov və rusiyalı jurnalist Maksim Şevçenko isə çıxışlarında ‘bu günün təkcə bütün Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün mühüm tarix olduğunu bildiriblər.
Sergey Markov Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru
Mən Azərbaycanı və Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, Rusiyada Azərbaycanın çoxlu dostları var və biz hamımız qardaş ölkənin bu bayramını birlikdə qeyd edirik. Biz çox şadıq ki, Azərbaycan bütün dünyada hörmətə malik, tanınan bir dövlət kimi təsdiq edib. Bu gün Azərbaycan qalib və öz torpaqlarını qaytaran, yaxın gələcəkdə bütün ərazisini tam bərpa edəcək ölkədir.
Maksim Şevçenko: rusiyalı jurnalist, ictimai xadim
Qədim Azərbaycanı, çoxmillətli Azərbaycan xalqını bu mühüm tarix münasibətilə təbrik edirəm. Hesab edirəm ki, bu, təkcə bütün Azərbaycan xalqı üçün deyil, bütün dünya üçün mühüm tarixdir. İnsanlar nəinki dövlətçiliklərini qurur, hətta ədaləti bərpa edirlərsə, mən Azərbaycanın işğaldan azad olunmasını nəzərdə tuturam - bu, mühüm tarixdir. Və bu Azərbaycan Prezidenti İlham Əliyevin, vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətidir.
Təntənəli qəbul Azərbaycanın musiqi və rəqs ustalarının çıxışları ilə davam edib.