Moskvada yüksək vəzifə tutan inquş və qardaşı öldürüldü - HADİSƏ ANI
İnquşetiyanın ekstremizmə qarşı mübarizə mərkəzinin rəhbəri İbrahim Elcarkiyev və daha bir şəxs Moskvada öldürülüb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Akademik Anoxin küçəsində qeydə alınıb. Naməlum şəxs tapança ilə 2 nəfəri vurub.
Silahlı insident zamanı qətlə yetirilən digər şəxsin isə İbrahim Elcarkiyevin qardaşı olduğu dəqiqləşdirilib. Silahlı hücum “Lada Granta” markalı avtomobildə olan naməlum şəxslər tərəfindən həyata keçirilib.