Mövlud Çavuşoğlu Ceyhun Bayramovla telefonla danışıb
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla telefonla danışıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov Moskvada keçirilən son görüş haqqında Mövlud Çavuşoğluna məlumat verib.
Mövlud Çavuşoğlu isə deyib ki, Türkiyə yalnız Azərbaycanın verdiyi qərarları dəstəkləyir və dəstəkləyəcək.