Mövlud Çavuşoğlu: “Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıram”

"Ermənistan atəşlə oynamağı dərhal kəsməlidir!"

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsindən paylaşılan açıqlamada belə yazılıb.

 

Qeyd olunub ki, Dağlıq Qarabağı haqsız işğal edən Ermənistan indi də Tovuz bölgəsindəki atəşkəs şərtlərini pozub:

 

"Ermənistan bir qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət diləyirik, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı veririk"- deyə paylaşımda yazılıb.

 

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da özünün "Twitter" səhifəsindən Ermənistanı ağlını başına toplamağa, hücumlarına son verməyə çağırıb.

 

"Ermənistan təcavüzü nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədovun ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm", - deyə nazir qeyd edib.

 

Müəllif | Apa.Tv
Apa.tv