MSK 9 məntəqədə seçkilərin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bir neçə seçki dairəsindən daxil olmuş müraciətlərə baxılıb.
APA Tv xəbər verir ki, iclasda 91 saylı Ucar Seçki Dairəsindən qeydə alınan namizəd Əbil Məmmədovun müraciətinə baxılıb. MSK müraciəti müzakirəyə çıxarıb və DSK-nın qərarında qeyd edilən 18 və 38 saylı seçki məntəqələrində seçki nəticələrinin ləğv edilməsi ilə bağlı qərarını qüvvədə saxlayıb.