MSK: Bələdiyyə seçkilərində seçici fəallığı 32,72 faiz olub

 

Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.

APA TV-nin məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32,72 faiz olub.

Qeyd edək ki, səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Müəllif | Apa.Tv
Apa.tv