18:53 4 avqust 2022 207
Ana səhifə Xəbərlər

MSK-da yeni şöbə yaradılıb

 

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. APA TV xəbər verir ki, iclasda katibliyin strukturuna dair məsələyə baxılıb. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bir sıra sahələr üzrə yeni formatda Katiblikdə müəyyən dəyişikliklər etməyə ehtiyac var. Sədr müavini qeyd edib ki, MSK-nın Katibliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin adının yenilənməsinə ehtiyac yaranıb. Həmin şöbənin adının Media və kommunikasiya şöbəsi olaraq dəyişdirilməsini təklif edirik. O, siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin yaradılmasını da təklif edib. Rövzət Qasımov vurğulayıb ki, həmin şöbənin də tərkibində seçkilərlə bağlı siyasi partiyalarla iş sektoru və siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru fəaliyyət göstərəcək. Rövzət Qasımov “Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”yə dəyişikliklərin qəbul edilməsini təklif edib və qərar səsə qoyularaq qəbul edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) Nəzarət-Təftiş Xidməti də yaradılıb. Nəzarət-Təftiş Xidmətinin rəhbəri Ramiz İbrahimov, üzvləri isə İlham Məmmədov, Tofiq Həsənov, Maliyyə Nazirliyinin nümayəndəsi, Dövlət Vergi Xidmətinin nümayəndəsi, Hesablama Palatasının nümayəndəsi olacaq. İclasda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, bəzi DSK-ların sərhədlərini dəyişməyə məcburuq. İclasda dairə seçki komissiyalarının sərhədlərinin müəyyənləşdirilməsi üzrə iş gedildiyi qeyd edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın