MSK növbəti iclasda 20 məntəqədə seçki nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bir neçə seçki dairəsindən daxil olmuş müraciətlərə baxılıb.
APA Tv xəbər verir ki, iclasda 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 2, 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin 1, 63 saylı Sabirabad Birinci Seçki Dairəsinin 1, 71 saylı Masallı Kənd Seçki Dairəsinin 1, 94 saylı Bərdə Kənd Seçki Dairəsinin 1, 108 saylı Ağstafa Seçki Dairəsinin 1, 29 saylı Səbail Seçki Dairəsinin 1, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin 1, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsinin 2, 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 4, 64 saylı Sabirabad İkinci Seçki Dairəsinin 1, 17 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin 3, 91 saylı Ucar Seçki Dairəsinin 1 məntəqəsində səsvermənin nəticəsi etibarsız sayılıb.
Daha sonra, MSK sədri Məzahir Pənahov 68 saylı Cəlilabad Kənd Seçki Dairəsinin 9 və 25 saylı məntəqə seçki komissiyaları barədə ciddi ölçü götürüləcəyini söyləyib.
MSK müvafiq dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb və müraciətin təmin edilməməsi barədə qərar qəbul edib.