MSK: Saat 17:00-a olan seçici fəallığı 44,84 faizdir

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

 

APA TV-nin xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 2 389 754  nəfər səs verib, seçici fəallığı 44.84 faiz olub.

 

Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

 

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə növbəti – sonuncu məlumatı saat 19.00-da açıqlayacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv