MSK sədri: “Əgər hansısa namizəd mübarizədən imtina etsə…”
Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb.
APA TV-nin məlumatına görə, MSK sədri Məzahir Pənahov və Komissiya üzvləri Milli Məclisinin Mətbəəsində çap prosesi ilə maraqlanıb. Seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər MSK-nın qərarına əsasən müəyyənləşdirilib: “Təxminən 50-60 namizəd qeydə alındıqdan sonra ərizə ilə müraciət edib, namizədliyini geri götürüb. Seçki bülletenlərinə 41 mindən çox namizədin adı daxil edliləcək. Əgər qalan müddətdə hansısa namizəd seçkidə iştirakdan, mübarizədən imtina etsə, onda o, seçki məcəlləsinin tələblərinə görə rəsmi müraciət etməlidir. Seçki məcəlləsinə uyğun olaraq bülletenlərdə həmin şəxslərin adının üstündən xətt çəkilməlidir”.
Xatırladaq ki, ölkə üzrə seçki keçiriləcək 1606 bələdiyyənin hər biri üçün ayrıca olmaqla, ümumilikdə 5 020 287 (beş milyon iyirmi min iki yüz səksən yeddi) ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.