MSK sədri: “Kimdənsə soruşaraq bizə edilən şikayətə baxmayacağıq” - APA TV

Bu gün Mərkəzi Seçki Komissiyasının 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclası keçirilib. İclasın gündəliyinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi daxil edilib. MSK sədri Məzahir Pənahov bildirib ki, qərara əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar seçkilər təyin ediləcək.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir. İclasda növbədənkənar prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı da təsdiq edilib. Bundan başqa seçkiləri ilə əlaqədar vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən, hərəkətsizlikdən və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılıb. Eyni zamanda növbədənkənar prezident seçkilərində MSK nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib. İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib. İclasda çıxış edən MSK sədri Məzahir Pənahov beynəlxalq təşkilatlara çağırış edib.

Qeyd edib ki, müraciət edən beynəlxalq qurumların nümayəndələrinə həmişə qapılarımız açıq olub. MSK sədri azad azad edilmiş ərazilərdə seçki məntəqələrinin təşkil edilməsi məsələsinə də münasibət bildirib. Deyib ki, azad edilmiş ərazilərdə təşkil edilmiş seçki məntəqələrində 20 min seçici ilk dəfə səs verəcək.

Müəllif | Apa.Tv
Apa.tv