MSK sədri: “Paylaşılan görüntülər araşdırılacaq”
“Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.
APA TV-nin məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov deyib ki, dairə seçki komissiyalarına tapşırıqlar veriləcək ki, müraciətə gecikdirilmədən baxılması üçün tapşırıq veriləcək: “Biz onsuz da məcburuq ki, daxil olan müraciətləri dairə seçki komissiyalarına göndərək. Onun üçün vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər”.
Məzahir Pənahov onu da əlavə edib ki, bələdiyyə seçkiləri ilə bağlı MSK-ya daxil olan və sosial şəbəkələrdə paylaşılan görüntülər araşdırılacaq. Həmin müraciət və görüntülərlə bağlı Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul ediləcək.