Müalicəsinə 55 min pul yığılan uşaq YOLDA ÖLDÜ
“Bizim 11 uşağımız Türkiyəyə müalicə üçün getmişdi. O uşaqlar arasında körpə Aminimiz də var idi. Bu gün Amini itirdik”.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Səni Axtarıram” proqramında aparıcı Xoşqədəm Hidayətqızı verib.
Aparıcı canlı efirdə leykozdan əziyyət çəkən 1 yaşlı Aminin Türkiyədə dünyasını dəyişdiyini açıqlayıb.
“Ailə böyük sevinclə hava limanından Türkiyəyə getdi. Amma gecikdilər. Çünki həkimlər körpənin bir həftə zamanı olduğunu söyləmişdirlər. Təəssüf ki, biz yetişə bilmədik”.