Mübariz İbrahimov muzeyində Türkiyə şəhidlərinin xatirəsi əbədiləşdirildi

Bakıda Türkiyənin iki şəhid-hərbçisinin büstü qoyulub.

APA TV-nin məlumatına görə, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınması zamanı qəhrəmanlıq göstərən Ömər Halısdemirin və Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi antiterror əməliyyatında şəhid olan Səfa Fındığın xatirələri əbədiləşdirilib.


Türkiyənin qəhrəmanlarının büstləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına muzeydə qoyulub.


Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərin ruhu ehtiramla anılıb.

 

Tədbirdə hərbçi-diktor Şəmistan Əlizamanlı, Qarabağ qazisi Rey Kerimoğlu və türkiyəli professor Kəmaləddin Tok şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan xatirələrini bölüşüblər.

Müəllif | Apa.Tv
Apa.tv