Müdafiə nazirinə yeni müavin təyin edilib

Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Aqil Qurbanov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

 

Bakupost.az bildirir ki, Aqil Qurbanov bu vəzifəyə qədər özəl sektorda fəaliyyət göstərib.

 

1986-cı il təvəllüdlü Aqil Qurbanov daha əvvəl “PASHA Holding” MMC-yə daxil olan “PASHA İnvestments” MMC-də çalışıb.

 

O, daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini tutub.

 

Müəllif | Apa.Tv
Apa.tv