Müdafiə Nazirliyi: Düşmənin hərbi hissəsi ələ keçirilib

 

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.

Müəllif | Apa.Tv
Apa.tv