Müdafiə Nazirliyi: Düşmənin snayper qrupu məhv edilib
İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələri endirilib.
Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.